2019-cu ildən neçə uşaq övladlığa verilib?

  • 2024.01.12 16:29
  • 714 Baxış
2019-cu ildən neçə uşaq övladlığa verilib?

Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.


Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.


Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.