2021-ci ildə ölkədə zorlama faktlarının sayı artıb - RƏQƏMLƏR

  • 2022.01.24 15:28
  • 3638 Baxış
2021-ci ildə ölkədə zorlama faktlarının sayı artıb -  RƏQƏMLƏR
“Respublika üzrə zorlama və zorlamaya cəhd 2021-ci il üzrə 26 hadisə, 2020-ci il üzrə isə 21 hadisə qeydə alınıb”.

Medicina.az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, beş fakt artımı belə bizi çox narahat edən haldır:

“Bilirsiniz ki, qadınlara qarşı zorakılıq halları, məişət zorakılığının kökündə dayanan məsələlər bizi çox narahat edir”.

“Qəsdən sağlamlığa ağır ziyan vurma ilə bağlı 2021-ci ildə 352 hadisə olub ki, bu da ötən il ilə müqayisədə 20 hadisə artım deməkdir. Oğurluq cinayətlərində, soyğunçuluqda, quldurluqda azalma müşahidə edilsə də, dələduzluq maddəsi üzrə cinayətlərdə təəssüf ki, artımlar var. Təəssüf doğuran digər məqamlardan biri, ən çox artım müşahidə edilən hadisələr, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan hadisələrdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci ildə 1 841 fakt, satış ilə bağlı isə 750 fakt qeydə alınıb. Bu istiqamətdə həbs qətimkan tədbirlərinin tətbiqi də narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində aparılan mübarizənin ciddiliyini göstərən amillərdən biridir. Gələcəkdə bunun da müsbət nəticələrini görəcəyik”, - deyə Kamran Əliyev qeyd edib.