2021-ci ilin ilk 6 ayı karantin olacaq- Mütəxəssislər

  • 2020.10.30 17:08
  • 9307 Baxış
2021-ci ilin ilk 6 ayı karantin olacaq - Mütəxəssislər

Koronavirus pandemiyasında daha da batan Avropa ölkələri ard-arda koronavirusla əlaqədar 5-6 aylıq fövqəladə rejim və karantin müddətinə keçdiyini elan edir.

Medicina.az xəbər verir ki, hələ ki, Türkivə və MDB dövlətləri 2021-ci ili əhatə edən qərar verməyib. Amma bu ölkələr də dünyada hadisələrin gedişatından kənarda deyil.

Artıq İspaniyada fövqəladə vəziyyət rejimi mayın 9-na qədər uzadılıb.

Baş nazir Pedro Sançesin təşəbbüsünə konqresin 194 üzvü müsbət yanaşıb. 53 deputat qərarın əleyhinə səs verib, 99 nəfər səsvermədə bitərəf mövqe nümayiş etdirib.

Mütəxəssislər, elan olunub-olunmamasından asılı olmayaraq, 2021-ci illin ilk 6 ayının pandemiya şəraitində karantin rejiminin qaçırlmaz olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi bir ay olmaqla hissə-hissə uzadılır.