2025-ci ildə uşaqlara qoyulan adlar - TOP 5

  • 2026.01.05 16:56
  • 369 Baxış
2025-ci ildə uşaqlara qoyulan adlar   - TOP 5


2025-ci ildə uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Medicina.az xəbər verir ki, Ədliyyə Nazirliyinin adlar üzrə statistikasına əsasən ötən il doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Uğur olub.

Belə ki, 2025-ci ildə Uğur adı verilən oğlan uşaqlarının sayı 1721 nəfərdir. 1301 nəfər yeni doğulmuş oğlan uşaqlarına isə Raul adı qoyulub.

Beləliklə ilk onluqda qərarlaşan oğlan adları Uğur (1721), Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693), Murad (677) olub.

Oğlan uşaqlarına qoyulan Uğur adı son beş ildə birincilikdə yer alır.

2025-ci ildə yeni doğulmuş qızlara ən çox Melisa adı verilib. Belə ki, həmin ildə dünyaya gələn 1200 nəfər qız uşaqlarına bu ad qoyulub.

İkinci yerdə isə Zeynəb adı qərarlaşıb. Ötən il doğulan 1129 qız uşağına bu ad verilib.

İlk onluqda qərarlaşan qız adları Melisa (1200), Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946), Fatimə (803) olub.

Son beş il üzrə qızlara qoyulan adlar siyahısında isə Zəhra adı birincilikdə qərarlaşıb.

medicina.az