2026-cı ildə dəfn pulu nə qədər olacaq?

  • 2025.11.12 16:55
  • 249 Baxış
2026-cı ildə dəfn pulu nə qədər olacaq?



2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə 37.6 milyon manat vəsait ayrılacaq. Cari ilin büdcəsində bu məbləğ 40 milyon nəzərdə tutulub.

Medicina.az xəbər verir ki, Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

Büdcə sənədlərinə görə, növbəti ildə 39 821 nəfərə bu müavinətin verilməsi proqnozlaşdırılır. Cari il üçün bu rəqəm 40 673 nəfərdir. Gələn il dəfn üçün müavinətin orta məbləğ isə 944 manat olacaq.

2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manat, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın üç misli - 960 manat müəyyən edilib.