2030 –cu ildən insultdan ölənlərin sayı milyonları ötəcək

  • 2023.05.25 16:07
  • 1157 Baxış
2030 –cu ildən  insultdan ölənlərin sayı    milyonları ötəcək
2030-cu ildən sonra hər il dünyada insultdan ölənlərin sayı 5 milyona çata bilər.

“Medicina” xəbər verir ki, bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb.

Müəlliflər 1990-2019-cu illər üçün Ümumdünya Səhiyyə Məlumatlarını təhlil ediblər. Dünya əhalisi artdıqca, işemik insultdan ölənlərin qlobal sayı 1990-cı ildəki 2,04 milyondan ildə 3,29 milyona yüksəlib.

Bununla belə, insult halları 1990-cı ildə 100.000 nəfərə 66 insultdan 2019-cu ildə 100.000 nəfərə 44 -ə qədər azalıb.


Şanxayda Tongi Universiteti alimlərindən biri Lise Xiong, "İnsult nisbətlərindəki bu azalma, ehtimal ki, dünya miqyasında insultun ümumi artımının əsasən əhalinin sayənın artımı və qocalması ilə əlaqədar olduğunu göstərir" – deyə bildirib.


Bundan əlavə, yeddi əsas risk faktoru müəyyən edilib: siqaret çəkmək, yüksək natriumlu pəhriz, yüksək qan təzyiqi, yüksək xolesterol, böyrək funksiyasının pozulması, yüksək qan şəkəri və bədən kütləsi indeksi.

Tədqiqatçılar eləcə də 2020-2030-cu illərdə ölüm sayını proqnozlaşdrıb.

İşemik insultun 2030-cu ildə 4,9 milyon insanın ölümünə birbaşa səbəb olacağı proqnozlaşdırılır.

Bu qiymətləndirmə həkimləri və hökumətləri risk faktorlarının təsirini azaltmaq səylərini artırmağa çağırır. Bu səylər aparılmazsa, ölənlərin sayı ildə 6,4 milyona yüksələ bilər.

Günay Quluzadə