2050 – ci ildə 139 milyon insan ağlını itirəcək

  • 2023.06.13 14:27
  • 855 Baxış
2050 – ci ildə  139 milyon insan   ağlını itirəcək
Demensiya yaddaşın tədricən zəifləməsi, ünsiyyət problemləri ilə birgə düşünmək bacarıqlarının azalması ilə müşayiət olunan nevroloji problemdir.

Hazırda dünyada 70% ölkədə demensiyanın əhali arasında yayılması artır. 2050-ci ilə qədər demans halları 139 milyon insanı cənginə alacaq.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, müasir insanlar daha uzun yaşayır. Amma tibb ürək problemləri ilə daha asan məşğul olur, nəinki beyin.

“Aşağıdakı simptomlar beyindəki pozğunluqlardan xəbər verir;

Şəxsiyyət dəyişiklikləri
Xəstənin iş qabiliyyətinin dəyişməsi
Unutqanlıq
Düzgün sözü tapmaqda çətinlik çəkmək
Gəzməyin çətinləşməsi

Diqqət edilməli olan əlamətlər: yaddaş itkisi, konsentrasiyada çətinlik, normal gündəlik işləri yerinə yetirməkdə çətinlik; zaman və yer haqqında qarışıqlıq; əhvalın dəyişməsi.

Bəzi risk faktorlarının qarşısını almaq olar. Sağlam qidalanmaq, siqareti buraxmaq və alkoqoldan imtina etmək lazımdır.
Eləcə də ilkin əlamətləri sezən kimi həkim müayinəsi vacibdir”.


Günay Quluzadə