21 sentyabr - Alsheymer xəstəliyi günüdür - 5 əlaməti

  • 2023.09.21 14:31
  • 2207 Baxış
21 sentyabr - Alsheymer xəstəliyi günüdür   -   5 əlaməti

Sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi Günü kimi qeyd edilir. Bu tarix 1994-cü ildə xəstəliyin araşdırılması təşkilatının təşəbbüsü ilə təsis olunub.



"Medicina" xəbər verir ki, ilk dəfə 1906-cı ildə alman psixiatrı Alois Altsheymer aşkar edib və diaqnoz onun şərəfinə belə adlandırılıb.

Xəstəlik yaşla bağlı ahıllıq yaddaş zəifliyinə bənzəsə də əslində daha ağır neyrodegenerativ xəstəlikdir. Artıq dünyada və Azərbaycanda hər il bu xəstələrin sayı artır.



Hazırda sindromdan əziyyət çəkənlərin sayı 46 milyondur. 2030-cu ildə bu sayın 75 milyona, 2050-ci ildə isə 132 milyona çatacağı təxmin edilir.


Xəstəliyi erkən aşkar etmək vacibdir, bunun üçün xəstədən çox ailə üzvləri diqqət olmalıdır.

Alsheymerin 5 əsas əlaməti:

  • 65 yaşda insanın unutqanlığı, yorulması hər gün müşahidə olunur
  • .Xəstə işin, evin yolunu, yeməyin altını söndürməyi, yaxınlarının adlarını unuda bilir.
  • Getdikcə bu hallar artır, davranış pozuntuları meydana çıxır. Xəstədə hallüsinasiya yaranır, depressiv hallar olur. Sonda xəstə zəruri vərdişlərini belə necə ödəyəcəyini bilmir


Aygün Musayeva