Bəzən ağrının səbəbi onun hiss olunduğu yerdə olmur. Boyun ağrısının kökündə çanaq nahiyəsindəki gərginlik, bel probleminin arxasında isə daxili orqanların funksional pozulması dayana bilər. Məhz bu səbəbdən osteopatiya insan orqanizminə ayrı-ayrı hissələr kimi deyil, bütöv bir sistem kimi yanaşır.
Medicina.az bildirir ki, 22 iyun dünyada Ümumdünya Osteopatiya Günü kimi qeyd olunur. Bu gün sağlamlığın qorunmasında və bərpasında osteopatik yanaşmanın rolunu xatırlatmaq üçün əlamətdar tarixdir.
Osteopatiya nədir?
Osteopatik təbabətin əsası 1874-cü ildə amerikalı həkim Andrew Taylor Still tərəfindən qoyulub. O, xəstəliyin yalnız simptomlarını deyil, onun yaranma səbəblərini araşdıran yeni bir diaqnostika və müalicə sistemi yaratdı. Daha sonra, 1892-ci ildə ilk osteopatiya məktəbini açaraq bu yanaşmanın inkişafına təkan verdi.
Osteopatiyanın əsas fəlsəfəsi sadədir: insan orqanizmi vahid bir sistemdir və onun bütün strukturları bir-biri ilə sıx əlaqədədir. Buna görə də bədənin bir hissəsində yaranan problem digər nahiyələrin fəaliyyətinə də təsir göstərə bilər.
Osteopat nəyi və necə müəyyən edir?
Osteopatiyada diaqnostika və müalicə əsasən həkimin əlləri vasitəsilə həyata keçirilir. Təcrübəli osteopat toxumaların gərginliyini, oynaq hərəkətliliyindəki məhdudiyyətləri, əzələ balanssızlıqlarını və funksional dəyişiklikləri palpasiya yolu ilə qiymətləndirir.
Müalicə zamanı məqsəd yalnız ağrını azaltmaq deyil, bədənin özünü bərpa etmə potensialını aktivləşdirməkdir.
Osteopatik üsullar
Oynaqların hərəkətliliyinin yaxşılaşmasına;
Əzələ və bağlarda gərginliyin azalmasına;
Qan və limfa dövranının dəstəklənməsinə;
Sinir sisteminin balanslaşmasına;
Orqanizmin ümumi funksional vəziyyətinin yaxşılaşmasına kömək edə bilər.
Osteopatiyanın əsas sahələri
Struktural osteopatiya
Dayaq-hərəkət sistemi ilə işləyir. Onurğa, oynaqlar, əzələ və bağ aparatındakı funksional pozulmaların korreksiyasına yönəlir.
Kranial osteopatiya
Kəllə sümüklərinin qarşılıqlı münasibətini, beyin qişalarının vəziyyətini, qan və beyin-onurğa mayesinin (likvorun) dövranını nəzərə alan osteopatik yanaşmadır.
Visseral osteopatiya
Daxili orqanların hərəkətliliyini və onların ətraf strukturlarla əlaqəsini qiymətləndirən istiqamətdir.
Osteopatiya niyə inteqrativ yanaşma tələb edir?
Sağlamlıq yalnız sümük və əzələlərin vəziyyətindən asılı deyil. İnsan orqanizmində dayaq-hərəkət sistemi, sinir sistemi, hormonal tənzimləmə mexanizmləri və psixoemosional vəziyyət bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bu sistemlərdən birində yaranan disbalans zamanla digərlərinə də təsir edə bilər.
Osteopatiyanın əsas prinsiplərindən biri də budur: quruluş və funksiya bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Buna görə müalicə zamanı bütöv orqanizm qiymətləndirilir və problemin kök səbəbinin müəyyənləşdirilməsinə çalışılır.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində osteopatik yanaşma
Bu gün osteopatiya ən yaxşı nəticəni multidissiplinar yanaşma ilə birlikdə göstərir. Məhz buna görə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində pasiyentlərə müxtəlif ixtisaslı həkimlərin iştirakı ilə kompleks qiymətləndirmə və müalicə imkanları təqdim olunur.
Mərkəzdə fəaliyyət göstərən osteopatlar digər ixtisas həkimləri ilə əməkdaşlıq edərək pasiyentin vəziyyətini bütöv şəkildə dəyərləndirir, fərdi müalicə planı hazırlayırlar. Bu inteqrativ yanaşma həm diaqnostikanın dəqiqliyini artırır, həm də müalicənin effektivliyini dəstəkləyir.
Bədəniniz sizə siqnallar göndərir
Ağrı, hərəkət məhdudluğu, xroniki gərginlik və ya səbəbi tam aydın olmayan funksional narahatlıqlar orqanizmin verdiyi siqnallar ola bilər. Bu siqnalları vaxtında qiymətləndirmək və problemin kök səbəbini araşdırmaq sağlamlığın qorunmasında mühüm rol oynayır.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89
Aygün
Medicina.az