22 ölkədə naməlum hepatit xəstəliyi aşkarlandı - ÜST

  • 2022.05.18 12:48
  • 3315 Baxış
22 ölkədə naməlum hepatit xəstəliyi aşkarlandı   - ÜST

22 ölkədə bu günədək uşaqlarda 250-yə yaxın naməlum virus hepatit qeydə alınıb.



Medicina.az xəbər verir kii, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Filippa İsterbruk deyib.

"Mənşəyi məlum olmayan hepatitlərin aşkar olunduğu ölkələrin əksəriyyəti Avropadadır. Bəziləri də təsdiqini gözləyir".


İsterbruk bildirib ki, altı uşaq bu hepatitdən ölüb və 26 uşaq qaraciyər transplantasiyasına ehtiyac duyur.

Ekspertin sözlərinə görə, ÜST xəstəliyin səbəblərini öyrənməyə davam edir və bu məsələdə müxtəlif ölkələrlə fəal əməkdaşlıq edir.