228 nəfərdə koronavirus aşkarlandı - Gürcüstanda

  • 2021.04.05 10:51
  • 1206 Baxış
228 nəfərdə koronavirus aşkarlandı -  Gürcüstanda
Gürcüstanda ötən sutkada daha 228 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 425 nəfər sağalaraq evə buraxılıb, 11 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə hazırkı dövrədək COVID-19-a 284 061 nəfər yoluxub. Onların 275 024-ü sağalıb, 3 822-si ölüb.

Son 24 saat ərzində aparılan test yoxlamalarının sayı 9 211 təşkil edib.