Bakının Nərimanov rayonu ərazisində 23 yaşlı oğlan müəmmalı şəkildə vəfat edib.
Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dünən saat 20 radələrində 2002-ci il təvəllüdlü Nihad Camal oğlu Seidəliyev özünü pis hiss edib.
O, xəstəxanaya aparılarkən yoldaca ölüb.
N.Seidəliyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.