240 ermənidə koronavirus aşkarlandı

  • 2020.12.21 10:55
  • 1076 Baxış
240 ermənidə koronavirus aşkarlandı

Ermənistanda daha 240 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 153 825 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 656-ya çatıb. İndiyədək 133 176 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 17 579 aktiv koronavirus xəstəsi var.