26 nəfər vəbaya yoluxdu

  • 2022.09.13 08:50
  • 1476 Baxış
26 nəfər vəbaya yoluxdu
Suriyada 26 nəfərdə vəba xəstəliyi aşkarlanıb.


Bu barədə SANA agentliyi xəbər verir.


Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, ən çox yoluxma halı Hələbdə qeydə alınıb - 20 nəfər. Bundan əlavə, Latakiyada dörd, Dəməşqdə isə iki nəfərdə xəstəlik aşkarlanıb.


“Hələbdə iki ölüm halına xəstələrin tibbi yardım üçün gec müraciəti və müşayiət olunan xroniki xəstəliklərin olması səbəb olub”, - nazirlik bildirib.


Suriya Səhiyyə Nazirliyi hər 48 saatdan bir paytaxt və əyalətlərdə epidemioloji vəziyyətlə bağlı yenilənmiş məlumat dərc edəcək. Nazirlik tibb müəssisələrinin lazımi dərman ehtiyatı ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görüldüyünü təsdiqləyib.