Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

28 yaşlı FHN əməkdaşı qəfil öldü

  • 2025.05.19 18:24
  • 365 Baxış
28 yaşlı FHN əməkdaşı qəfil öldü



Tovuz rayonunda 28 yaşlı oğlan qəfil ölüb.


Bakupost.az bildirir ki, oxu.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Sərxan Aşırov evində ürək çatışmazlığından vəfat edib.

Məlumata görə, S.Aşırov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı olub.

O, səhər saatlarında işdən çıxaraq evinə gəlib. Yaşadığı evdə yatan gəncin halı qəfil pisləşib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təcili tibbi yardım briqadası evə çatana qədər S.Aşırov dünyasını dəyişib.