28 yaşlı qız çox su içməkdən öldü

  • 2024.04.18 15:38
  • 505 Baxış
28 yaşlı qız çox su içməkdən    öldü
Böyük Britaniyada özəl xəstəxanada pasiyent həddən artıq su içmək səbəbindən ölüb.


“Medicina” xəbər verir ki, 28 yaşlı Lilian Lukas 2020-ci ildən Malmsberi şəhərində psixiatrik xəstəxanada tibb bacısı işləyirdi.


Lakin o özü də psixi pozuntudan əziyyət çəkir və müalicə alırdı. Sonuncu dəfə Cygnet klinikasında yatan Lukas həddən artıq su içdikdən sonra palatada ölmüşdü.

Onun həkimi Ceyms Makintayr ölümün səbəbini psixogen polidipsiya hesab edib.


Bu zaman xəstədə qarşısıalınmaz dərəcədə su içmək arzusu olur.
Amma Lukasın ölümünə görə valideynləri klinika və həkimi məsuliyyətsizlikdə ittiham edərək məhkəməyə müraciət ediblər.

Onlar hesab edir ki, ölümündən az öncə yazılan antipsixotik dərman vəziyyəti daha da pisləşdirib. Çünki Lili bu dərmanı bilirdi və ondan qorxurdu. Qız hər dəfə ürəkbulanmadan şikayətlənirdi və su istəyirdi.

Lakin personal bu məqama fikir verməyib. Çox su içməkdən onun ürəyi dayanıb.


Aygün Musayeva