2930 əkiz, 93 üçəm doğulub

  • 2026.01.19 15:45
  • 54 Baxış
2930 əkiz, 93 üçəm doğulub

Ötən ilin 11 ayında 2930 əkiz, 93 üçəm doğulub.

Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88 min 135 doğulan körpə qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2930-u əkiz, 93-ü isə üçəm olub.

Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54582 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.