3 gün yataqdan çıxmamalı, kinoya baxmalıdır – Qrip xəstəsinə tövsiyə

  • 2022.12.16 16:57
  • 2098 Baxış
3 gün yataqdan çıxmamalı, kinoya baxmalıdır  – Qrip xəstəsinə tövsiyə

Rusiya Səhiyyə Nazirliyi ölkədə qrip və dostunun tüğyan etməsi ilə bağlı metodik tövsiyələri paylaşıb.

Bakupost.az xəbər verir ki, xəstələrin yol verdiyi səhvlərdən biri də xəstəliyin ilk günü evdə qalmayıb, yataqdan qalxıb, işə, küçəyə, xəstəxanaya getməsidir.

Nazirliyin baş infeksionisti Vladimir Çulanov ilk 3 gün üçün tövsiyəni verib.

“Xəstə bir az halsız olduğunu hiss edən kimi, 3 gün yataqdan qalxmamalı, maye qəbul edib, isti qidalanıb, televizorda filmlərə baxmalıdır.

Otaq tez-tez havalandırılmalı, çox isti və rütubətli olmmamalıdır. Xəstəliklə mübarizə immun sistemdən birbaşa asılıdır.
Ona optimal şərait yaratmaq üçün bədən sakit olmalıdır. Artıq hərəkət, yorulmaq, gəzmək, iş, fikir dağınıqlığı olmamalıdır.

Qripi ayaqüstü keçirmək olduqca təhlükəlidir. Fiziki, zehni yüklənmə olmaz, telefonda bütün günü xəbərlərə və nüqativ informasiyaları izləmək məsləhət deyil. Araq, spirtli içki olmaz.

Bu tövsiyələrə əməl etdikdə, əksər hallarda xəstəlik 4-cü gündən geri səngiməyə başlayır.
Ayaqüstü qrip bakterial infeksiya riskini artırır, burun,bronxlar tutulur, infeksiya ürəyi zədələyir”.

Aygün Musayeva