30 nəfər koronavirusdan sağaldı - RƏSMİ

  • 2020.05.03 17:09
  • 1704 Baxış
30 nəfər koronavirusdan sağaldı -   RƏSMİ
Azərbaycanda koronavirusa yoluxmuş daha 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında bildirilib.

Qeyd olunub ki, bununla da ölkədə virusdan sağalanların ümumi sayı 1441-ə çatıb.

Daha 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.