30 yaşdan sonra bu ayaqqabıları geyinməyin, zərərlidir!

  • 2022.04.13 16:15
  • 1703 Baxış
30 yaşdan sonra bu ayaqqabıları geyinməyin, zərərlidir!


İsti havaların başlaması ilə əlaqədar bir çox insanlar qış ayaqqabılarından mümkün qədər tez qurtulmağı və daha yüngül modellərə keçməyi xəyal edir, bir çoxları idman ayaqqabılarını seçir. Ancaq rahatlığına baxmayaraq, bu ayaqqabılar sağlamlığa zərər verə bilər.

Medicina.az xəbər verir ki, bu barədə travmatoloq Yelena Pasternak xəbərdarlıq edib.


“Kedlər çox məşhur ayaqqabılardır, lakin onların dabanı düz olduğundan ayağın topuğu düzlənir, ayaq yayılır, bu, təkcə ayağın özünə deyil, həm də iri oynaqlara və onurğa sütununa pis təsir edir. İdman ayaqqabısında ayağınızın altı çox tez düzləşir. Belə ayaqqabıları geyinmək istəyirsinizsə, mütləq ortopedik altlıqdan istifadə etməlisiniz, əks halda uzun müddət yeriyərkən narahat olacaqsınız, topuq oynaqlarınız, dizləriniz, kürəyiniz, beliniz yorulacaq və ağrıyacaq. Xüsusi içlik olmadan mən heç bir halda idman ayaqqabısı tövsiyə etmirəm”, - həkim “Sputnik” radiosuna müsahibəsində bildirib.

Bundan əlavə, həkim idman ayaqqabıları üçün yaş məhdudiyyətlərinin olduğu barədə xəbərdarlıq edib: onları 30 yaşdan sonra geyinmək tövsiyə edilmir. Bu yaşda dekompensasiya baş verir – bağlar sərtləşir və sarsılmaz olur. Pasternak 30 yaşdan yuxarı insanlara ayağı yaxşı tutan 3-4 santimetrlik kiçik, sabit dabanlı ayaqqabılara diqqət yetirməyi məsləhət görüb. /publika.az/