31 martda yoluxma sayı - Cəmi 1 nəfər öldü

  • 2022.03.31 16:35
  • 1395 Baxış
31 martda yoluxma sayı  - Cəmi 1 nəfər öldü


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 791 932 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 889 nəfər müalicə olunaraq sağalıb, 9 692 nəfər vəfat edib, aktiv xəstə sayı 351 nəfərdir.

Ölkədə son sutka ərzində 4 489, hazırkı dövrədək isə 6 701 673 test aparılıb.