31 uşaqda koronavirusdan sonra yeni sindrom aşkar edildi

  • 2020.09.06 10:34
  • 3445 Baxış
31 uşaqda koronavirusdan sonra   yeni sindrom aşkar edildi
Qazaxıstanda 31 uşaqda koronavirusdan sonra Kawasaki bənzəri sindrom aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu sindromlu uşaqların sayı 24 avqustdan sonra iki dəfə artıb.

Pediatriya və Uşaq Cərrahiyyəsi Elmi Mərkəzinin idarə heyətinin sədri Riza Boranbayeva bildirib ki, ölkədə 31 uşağa koronavirusa bağlı multisistemli iltihab (Kawasaki) diaqnozu qoyulub. Bu uşaqlardan 18-i müsbət nəticə ilə artıq evə buraxılıb, digərlərinin müalicəsi isə mütəxxəsislərin də nəzarəti ilə davam etdirilir.

Yeni sindrom Kawasaki ilə oxşasa da, bəzi klinik fərqləri var. Bunlardan ən vacibi xəstəliyin sadəcə azyaşlı uşaqlarda sürətlə inkişaf etməsidir. Multisistemli iltihab sindromu xüsusilə 21 yaşdan kiçik uşaqlarda daha çox qeydə alınıb.

Sindrom uşaqlarda və yeniyetmələrdə Covid-19 infeksiyasından sonra yaranan immunoloji hadisədir.