Türkiyədə Adıyamanda yaşayan 65 yaşlı Abuzer Doğan və 60 yaşlı həyat yoldaşı Zeynep Doğan, 34 il uşaq həsrətindən sonra süni mayalanma yolu ilə əkizlər dünyaya gətirməyin xoşbəxtliyini yaşayılbar.
Medicina.az xəbər verir ki, 42 ildir evli olan və Adıyamanda yaşayan Doğan cütlüyü Türkiyədə diqqət mərkəzinə çevrilib.
Doğan cütlüyü illərdir uşaq həsrətindən sonra dünyaya gələn əkiz qızları Təkbir Gül və Havva Gül ilə yeni bir həyata başlayıblar.
Cütlüyün hazırda 8 yaşı olan uşaqları ibtidai məktəbin ikinci sinfində oxuyurlar.
Evləndikdən 34 il sonra əkiz qızlarının dünyaya gəlməsi ilə evlərində yaşadıqları böyük sevinci ifadə edən Doğan cütlüyü, illər sonra valideyn olmağın təsvir edilə bilməyən bir hiss olduğunu bildirdilər.
Ata Abuzer Doğan deyib:
"34 il uşaq gözlədik, amma olmadı.
Xoşbəxtəm, hamı xoşbəxt olsun. İşdən çıxanda birbaşa evə gəlirəm. Uşaqlara baxmaq çətindir, amma uşaqlarınız olduqdan sonra heç də çətin gəlmir. Hər ikisi mənimlə yatırlar."
Ana Zeynep Doğan isə əlavə edib:
"Əvvəllər yetim kimi idik. Allaha şükür, uşaqların gəlişi ilə evimiz daha da gözəlləşdi. Daha xoşbəxt və daha məmnun olduq. Birlikdə yeyirik, birlikdə yatırıq. Onlar üçün özümü qurban verərəm."
Aygün
Medicina.az