37 aptekdə yoxlama, nöqsanlar aşkarlanıb

  • 2025.10.03 17:26
  • 74 Baxış
37 aptekdə yoxlama,  nöqsanlar aşkarlanıb

Sentyabr ayında ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.

Medicina.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.