379 erməni koronavirusa yoluxdu: 11-i öldü

  • 2021.01.09 11:27
  • 2158 Baxış
379 erməni koronavirusa yoluxdu:  11-i öldü

Ermənistanda daha 379 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 161 794 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 2 922-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı 4 nəfər artaraq 700-ə yüksəlib. İndiyədək 148 893 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 279 aktiv koronavirus xəstəsi var.