39 yaşlı xəstədən xəbərdarlıq: "Mənə heç nə olmaz deməyin" - VİDEO

  • 2020.03.21 17:36
  • 7120 Baxış

İngiltərədə koronavirusa yoluxan və xəstəxananın reanimasiya şöbəsində saxlanılan 39 yaşlı qadının xəbərdarlığı sosial şəbəkələrdə sürətlə yayılıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, martın 16-da Lara Langston tərəfindən çəkilən videoda koronavirus səbəbiylə nəfəs almaqda çətinlik çəkdiyi görünür. O, hər kəsə xəbərdarlıq edərək, "Risk etməyi düşünənlər bir daha düşünsün" deyib.

Xəstənin həyat yoldaşı, uşaqları və bacısı özlərini təcrid etdiklərini, Langstonla görüşə bilmədiklərini bildiriblər.


Xəstə qadının "WhatsApp" qrupuna göndərdiyi video dəfələrlə sosial şəbəkədə paylaşılıb.