4 filialı olan klinikanın 10 illik YUBİLEYİ - Xarici ölkələrdən də xəstələr bura gəlir

  • 2020.01.13 18:23
  • 4325 Baxış
4 filialı olan klinikanın 10 illik YUBİLEYİ -  Xarici ölkələrdən də xəstələr bura gəlir
Azərbaycanda özəl sektora göstərilən qayğı və diqqət səhiyyə sisteminin də inkişafına - səhiyyə xidmətinin dünya standartlarına uyğun yüksək səviyyədə qurulmasına xeyli təkan verib. Buna cavab olaraq 2009-cu ildə Bioloji Təbabət klinikası paytaxt əhalisinin istifadəsinə verildi.

Bu günlərdə klinikanın 10 illiyi qeyd edilib. Bioloji Təbabət klinikasında xəstəliklərin müalicəsinə İnteqrativ Tibb tərəfindən yanaşılır. İnteqrativ Tibbin qolu olan Biotənzimləyici terapiyadan geniş istifadə olunur. Biotənzimləyici Terapiya ilə xəstəliklərə etiopatogenetik yanaşılır. Bu, müalicə metodunun əsası Almaniyada qoyulmuşdur.


Biotənzimləyici Terapiya zamanı orqanizmə bir bütöv kimi yanaşılır, xəstəliyi yaradan səbəblər, xəstəliyin inkişaf mexanizmi, pasientin fərdi xüsusiyyətləri nəzərə alınaraq müalicə aparılır. Beləki, Biotənzimləyici terapiya nəinki yüngül xəstəliklərin, hətta xroniki, çətin sağalan və ya sağalması mümkünsüz sayılan xəstəliklərin müalicəsində olduqca effektlidir.

Müalicədə Almaniyanın kimyəvi qatqısız və orqanizmə heç bir ziyanlı təsiri olmayan biotənzimləyici preparatlarından, müasir fizioterapiya, osteopatiya, homeosiniatriya, ozonoterapiya və digər müalicə üsullarından geniş istifadə olunur.


Bioloji Təbabət klinikasının həkimləri daim axtarışdadır, həmişə yeniliyə can atır. Klinikanın həkim personalı müntəzəm olaraq Almaniyada təkmilləşmə kursları keçir, dünya tibb sahəsində bioloji təbabətlə müalicədə əldə edilən uğurlardan bəhrələnərək Azərbaycanda da bu effektli müalicə üsulunun daha geniş tətbiq olunmasına çalışırlar. Almaniya, İsveşrə, Kolumbiya, Belçika, İtaliya və Rusiyanin Biotənzimləyici terapiya üzrə dünya şöhrətli mütəxəssisləri klinikada müntəzəm olaraq müasir dövrün ağır xəstəliklərinin yeni müalicə üsullarına dair seminarlar, treninqlər və xəstə qəbulu həyata keçirirlər.




Rayonlarda yaşayan əhali üçün bir neçə rayonda Bioloji Təbabət klinikasının filialları açılıb. 2012-ci ildə Göyçay şəhərində istifadəyə verilən, müayinə və müalicə üçün lazım olan bütün tibbi avadanlıqlarla təmin olunmuş klinika eyni zamanda Ağdaş, Ucar, Zərdab, Qəbələ və digər yaxın rayonların əhalisinə də keyfiyyətli tibbi xidmət göstərir. 2013-cü ildən Sumqayıtda, 2018-ci ildən isə Masallıda fəaliyyət göstərən filiallar bölgələrdə yaşayan əhaliyə orqanizmi kimyəvi dərmanlarla zəhərləmədən biotənzimləyici terapiya ilə müalicə alıb şəfa tapmaq imkanı yaradır.

Qeyd edək ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş Bioloji Təbabət klinikasının Masallı filialında: diaqnostika, terapiya, təcili tibbi yardım ilə yanaşı cərrahiyyə və sanator-kurort xidmətləri də həyata keçirilir. Bu klinika Maqnit Rezonans Tomoqrafiya aparatı ilə də təchiz olunub. Klinakada tətbiq edilən Naftalan terapiyası, Naxçıvan duzundan istifadə edilən speleoterapiya cənub zonası üçün bir ilk sayıla bilər. Çünki bu müalicə üsulları nəinki Masallıda, hətta ətraf zonada ilk dəfədir ki, tətbiq olunur.


Bioloji Təbabət Klinikası fəaliyyət göstərdiyi 10 il müddətində paytaxt və bölgələrdə bir sıra xeyriyyə tədbirləri də həyata keçirib. Qəbələdə keçirilən ödənişsiz müayinə aksiyasında 220, İsmayıllıda keçirilən aksiyada isə 250 pasient iştirak edib. Klinikanın bu illər ərzində bir neçə orta məktəbdə keçirdiyi oftalmoloji müayinədən müəllimlər və şagirdlər yararlanıb. 1№-li uşaq evindən 8 uşağın sünnət edilməsi də klinikanın təşkil etdiyi xeyriyyə tədbirlərindən biridir.


Sevindirici haldır ki, Bioloji Təbabət Klinikaları nəinki ölkə əhalisinə xidmət edir, hətta Rusiya, Türkiyə, Qazaxıstan və ərəb ölkələrindən biotənzimləyici terpapiya ilə müalicəyə üstünlük verib sağlamlıq problemlərinin həllini klinikanın peşəkar həkimlərinə etibar edənlər də var.


Türkiyənin məşhur klinikaları ilə əməkdaşlıq sayəsində müalicəsi mümkün olmayan xəstəliklərdən əziyyət çəkən türk vətəndaşları sağlamlıq problemlərinin həllini məhz Azərbaycanda, Bioloji Təbabət klinikasında tapıblar. Bu faktlar biotənzimləyici terapiyanın insanlara zərər vermədən sağlamlıq bəxş etmək iqtidarında olduğunu sübut edir. Bioloji Təbabət Klinikasının məqsədlərindən biri də məhz bu yolla Azərbaycanda tibbi turizmi inkişaf etdirmək, onun ixracına deyil, idxalına nail olmaqdır. Ən ümdə məqsədimiz xalqımıza peşəkar və səmərəli tibbi xidmət göstərməkdir.