4 yaşlı uşağın bağırsağından 19 maqnit çıxarıldı - FOTO

  • 2021.03.24 14:56
  • 1621 Baxış
4 yaşlı uşağın bağırsağından 19 maqnit çıxarıldı -  FOTO
s
Türkiyədə rentgeni çəkilən uşağın bağırsağından 19 maqnit çıxarılıb.


Medicina.az xəbər verir ki, İstanbulda yaşayan 4 yaşlı Uras Aslan Aktaş şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılıb. Rentgeni çəkildikdən sonra onun bağırsağında 19 “neodyum maqniti” tapılıb.
Uşağı əməliyyat edən cərrah Ali Çay valideynləri diqqətli olmağa səsləyib: “Içərisində bu cür maqniti olan oyuncaqları uşaqlardan uzaq tutun. Bu maqnitlər çox güclüdür. Fərqli bağırsaq seqmentlərində bir-birlərinə yapışaraq bağırsağın deşilməsinə, tıxanıqlığa səbəb olur. Uşaqda da bağırsaqlar bir-birinə yapışmışdı. Əməliyyatla onları çıxardıq. Bunlar oyuncaq olaraq istifadə edilir. Rəngli olduğundan uşaqlar bunları uda bilər”.


Uşağın valideyni ani diqqətsizlik səbəbindən bunun baş verdiyini deyob: “Sosial mediada maqnitlərlə bağlı videoları çoxdur. Bu videolar çox rəngli və gözəl çəkilib. Hətta yetişkin insanlar belə diqqətsiz qala bilmirlər. Təhlükəli olduğunu bilirdim. Təəssüf ki, evimizdə də var idi. Bir anlıq nəzarətsizlik nəticəsində uşaq onları udub. Əməliyyat olundu, indi yaxşıdır.