4 yaşlı uşaq cinsiyyətini özü seçdi - Dünyada ilk

  • 2021.01.15 15:41
  • 4400 Baxış
4 yaşlı uşaq cinsiyyətini özü seçdi  -  Dünyada ilk

Yaxın zamanda uşağa öz cinsiyyətini şəxsən, müstəqil olaraq seçmək imkanı yaradılacaq. Cəmiyyət insanın cinsiyyətinə qarşı neytral mövqeyə doğru aparılır.

Medicina.az xəbər verir ki, amerikalı həkim Kil Mayers Avstraliyada çalışır. Onların 2016-cı ildə övladı dünyaya gəlir. Onlar heç kimə oğlan və ya qız olduğunu deməyərək, bütün qohumlara uşağın cinsini müzakirə etməyi qadağan etdilər.


Valideynlər elan etdilər ki, uşaq özü kim olacağını seçəcək. Hələliksə o ancaq uşaqdır.
Qadın bunu yeni gender yaradıcı tərbiyə adlandırır.
Uşağa neytral bir ad verdilər: Zumer

Uşaq istədiyi rəngdə geyinir, istədiyi kimi oynayır, istədiyi oyuncağı seçirdi.
Uşaqdan sən oğlansan ya qız soruşanda o mən insanam cavabını verirdi.

O dostlarını oğlan və qızlara bölmür, hamını eyni qəbul edirdi.

Valideynlər deyir ki, uşaq doğulanda cinsini özü seçə bilmir və doğulan kimi cəmiyyət ona cinsiyyətinə uyğun davranır, qadağalar qoyur.
“Bİz hesab edirik ki, cinsiyyət insanın düşünülmüş seçimi olmalıdır”.


İlk dəfə Zumer 4 yaşında cinsiyyəti barədə fikir dedi. O özünü oğlan kimi təqdim edirdi. Amma validenyləri hələ də ona oğlum yox, övladım deyir.