40 il gülməyən qadın - “Üzümdə bir qırış da yoxdur” - FOTO

  • 2017.10.17 15:44
  • 22719 Baxış
40 il gülməyən qadın -  “Üzümdə bir qırış da yoxdur” - FOTO
Britaniyalı bir qadın üzündə qırışlar yaranmasın deyə 40 il gülməyib.


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı Tess Kristian ən böyük qorxusunun üzündə qırışların yaranması olduğunu ifadə edib. Bu səbəbdən o, qırışların əmələ gəlməsinin qarşısını almaq üçün 40 il gülməyib. Tess gülmək istəyən zaman dodaqlarına vurduğunu deyib. O hətta qızı doğulanda belə gülməməyi bacarıb. İndi o, heç vaxt botoks və s. kimyəvi və kosmetik vasitələrdən istifadə etməməsi ilə lovğalanır. 


«Mən sadəcə üz əzələlərimi idarə etməyi öyrənmişəm və heç vaxt kimyəvi maddələrin və həkimlərin köməyindən istifadə etməmişəm. Mən sadəcə uşaq vaxtı gülmüşəm, lakin sonra bilərəkdən bunu tərgitmişəm. Mənim səylərim öz nəticəsini göstərdi. Üzümdə bir qırış da yoxdur. Heç bir üz kremi bu nəticəni verə bilməzdi», — deyə Tess Kristian yerli qəzetlərdən birinə müsahibəsində deyib.


Tessin sözlərinə görə, onu gülməməyə aktrisa Marlen Ditrix həvəsləndirib: «Ditrixin, demək olar ki, heç bir filmdə gülməməsi onun gözəlliyinə kölgə salmayıb».


Bəlkə, dermatoloqlar Tess ilə razılaşarlar, amma psixoloqların fikrincə, gülmək insanın psixoloji sağlamlığı üçün çox vacibdir.

 

40 il gülməyən qadın -  “Üzümdə bir qırış da yoxdur” - FOTO
40 il gülməyən qadın -  “Üzümdə bir qırış da yoxdur” - FOTO
40 il gülməyən qadın -  “Üzümdə bir qırış da yoxdur” - FOTO