Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

400-ə yaxın şəxs qidadan zəhərlənib - RƏSMİ AÇIQLAMA

  • 2017.09.26 16:25
  • 12484 Baxış
400-ə yaxın şəxs qidadan zəhərlənib -  RƏSMİ AÇIQLAMA
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 255 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 388 nəfər zərər çəkib.


Medicina.az xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.


Mərkəzdən bildirilib ki, yanvar-avqust ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər ölüb.


Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.


Avqust ayında əhali arasında 29 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 40 nəfər zərər çəkib. Botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.