42 uşaq zəhərləndi - Dağıstanda

  • 2020.10.09 14:41
  • 1619 Baxış
 42 uşaq zəhərləndi  - Dağıstanda

Dağıstanda zəhərlənmə əlamətləri ilə 42 uşaq xəstəxanaya yerləşdirilib.

Bu barədə TASS respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verib.

“Ötən gün ərzində 42 uşaq kəskin bağırsaq infeksiyası simptomları ilə Respublika Dermatoveneroloji Dispanserinin bazasında müvəqqəti qurulan infeksion xəstəxanaya yerləşdirilib.

Bunlardan 36-sı məktəbəqədər təhsil müəssisələrindən qəbul edilib, dördü məktəbli və iki uşaq bağçaya getməyən uşaqlardır. Kiçik pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Onlara tam tibbi yardım təmin edilir”, - deyə nazirlikdən bildirilib.