45 yaşdan sonra artan təhlükə - Yüksək təzyiqin qorxulu əlaməti

  • 2023.11.27 20:40
  • 1219 Baxış
45 yaşdan sonra artan təhlükə  - Yüksək təzyiqin qorxulu əlaməti

45 yaşdan sonra hər 10 nəfərdən 5-də bu xəstəlik 100% aşkarlanır. Sadəcə insanlar təzyiqin əlamətini baş ağrısı ilə səhv salır.


“Medicina” xəbər verir ki, kardioloq Anna Koreneviç təzyiqin ən təhlükəli simptomundan danışıb.
“Ən təhlükəli simptom heç bir simptom olmadan təzyiqin var olmasıdır. Belə də olur.

Hipertonik xəstənin heç bir şikayəti yoxdur. Bu isə insanın qəfil ölümü deməkdir.

Həkimlər səndə bu əlamətlər olurmu deyəndə xəstə çoxusu var, amma bu təzyiqdəndir? Sualını verir.


Diqqət yetirməli olduğunuz əlamətlər bunlardır:

- Baş, boyun ağrısı
- Sinədə basqı
- Sakit halda birdən qorxu, təşviş hissi
- Əl ayağın uyuşması
- Ürəkdə sancma

- Bədəndə uyuşma
- Gah isti, gah soyuq basma
- Tənəffüs darlığı

Təzyiq stress, təşviş və qorxudan da yarana bilir. Ona görə tam müayinə mütləqdir”.

Aygün Musayeva