45 yaşından sonra infarktdan necə qorunmalı? – Professor açıqladı

  • 2023.10.30 15:51
  • 1419 Baxış
45 yaşından sonra infarktdan necə qorunmalı?  – Professor açıqladı

İnfarkt və insult riski 40 yaşından sonra artmağa başlayır. Bunlar elə xəstəlikdir ki, baş verdikdə orqanizm öhdəsindən gəlməyə bilər. Ona görə öncədən profilaktika çox vacibdir.

“Medicina” xəbər verir ki, professor Olqa Bokeriya 45 yaşdan ürək-damar sisteminin profilaktikası üçün lazım olan tövsiyələri verib.

“İnsanlar hesab edir ki, profilaktika hansısa preparatları vermək, iynə-dərman, sistem etdirməkdir. Hər şey bu qədər sadə deyil, amma çətin də deyil.

“Hətta iynə-dərman etsəniz də kardinal dəyişiklik görə bilməyəcəksiz.

Ən vacib vərdiş və həyat tərzini dəyişməkdir.

Damar və ürəyi qorumaq üçün bunları etməlisiz.

- Sağlam və tam qidalanmalı
- Aktiv həyat tərzi keçirmək
- Yuxu norması
- Stresi azaltmaq
- İdman və qaçış
- Çox gəzmək

Əgər insan bunlara əməl edərsə, infarkt və insult riski çox azalır.

Eləcə də sizə əziz insanları tez-tez qucaqlayın, bu zaman oksitosin adlı xoşbəxtlik hormonu hasil edir.

Aygün Musayeva