5 aylıq uşağa qaraciyər köçürüldü - Məşhur cərrahdan daha bir uğurlu ƏMƏLİYYAT

  • 2021.08.23 17:17
  • 87285 Baxış
5 aylıq uşağa qaraciyər köçürüldü -  Məşhur cərrahdan daha bir uğurlu ƏMƏLİYYAT
Başkent Universitetinin yaradıcısı və rəhbəri prof.dr. Mehmet Haberal dünyada daha bir ilkə imza atıb.

Medicina.az xəbər verir ki, 5 aylıq İbrahim Kərimova Başkent Universitetinin Ankara Xəstəxanasında qaraciyər köçürülməsi həyata keçirilib. Uşağın donoru anası olub.


Son müayinələrindən sonra səhhətində heç bir problem olmadığı üzə çıxan İ. Kərimov artıq Vətənə qayıdıb. Körpənin anası Şəmsiyyə Kərimova doktor Mehmet Haberal və komandasına dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Türkiyənin dünyada tanınan ən ünlü həkimlərindən olan Mehmet Haberal bir çox ilkə imza atması ilə məşhurdur. Türkiyədə ilk orqan köçürülməsi (3 noyabr 1975-ci il) onun adı ilə bağlıdır.

İnsanın ölümündən sonra böyrəyinin 12 saat deyil, 100 saata qədər saxlamağın mümkünlüyünü ilk dəfə elmi araşdırmaları ilə sübut edən M.Haberal dünyada ilk belə əməliyyatı 1978-ci ildə həyata keçirib.

1992-ci ildə ilk dəfə eyni anadan həm böyrək, həm qaraciyər hissəsi alaraq övladına nəql edib, dünyada bir ilki daha gerçəkləşdirib.

Ümumilikdə dünyanın bir çox ölkəsində, o cümlədən Avropa, Yaxın Şərq və Şimali Afrika ölkələrində ilkə imza atıb, uşaqlarda qaraciyər nəqlini gerçəkləşdirərək, bütün dünyaya örnək olub.