5 may Dünya mamaça günüdür

  • 2023.05.05 16:22
  • 1937 Baxış
5 may Dünya mamaça günüdür
Hər il 5 mayda dünyaya öz əlləri ilə körpələrin gəlməsinə səbəb olan mamaçaların bayramıdır.

“Medicina” xəbər verir ki, 20 ildir ki, bu gün Beynəlxalq Mama günü kimi qeyd olunur.

Bu tarixin qeyd edilməsi ilk dəfə 1987-ci ildə Niderlandda Beynəlxalq Mamaçalar Assosiasiyası tərəfindən irəli sürülüb.
Rəsmi olaraq 1992-ci ildə status verilib.

Bu gündə əsas məqsəd əhalini, cəmiyyəti mamaçalığın vacibliyi və əhəmiyyəti mövzusunda maarifləndirmək və unutdurmamaqdır.

Çünki uşaq sağlamlığı və insan artımı məhz mamaçanın biliyi, təcrübəsi və sevgisi ilə davam edir.

Mamaçalar doğuş zamanı ana ölümlərinin azalmasında əvəzsiz rol oynayıb.

Onlar ginekoloq həkimlərin birinci köməkçiləridir, çünki qadını doğuşa hazırlayır, usage uşaqlıq yolundan təhlükəsiz çıxarır, uşaq və ana ilə ən çox təmasda olan kadrdır.

Aygün Musayeva