50-dən çox xərçəng növünü qan testləri ilə erkən aşkarlamaq mümkün olacaq - MÜTƏXƏSSİSLƏR

  • 2021.07.03 11:12
  • 1237 Baxış
50-dən çox xərçəng növünü qan testləri ilə erkən aşkarlamaq mümkün olacaq -  MÜTƏXƏSSİSLƏR
Artıq qan testindən xərçəngi aşkarlamaq mümkün olacaq.

Medicina.az xəbər verir ki, mütəxəssislər qan nümunələrindən 50-dən çox xərçəng növünü və qaynağını aşkarlayan MCED (Çoxlu xərçəngə erkən diaqnoz) testinin nəticələrini açıqlayıblar.

Araşdırma 2 min 823 xərçəng xəstəsi və 1254 xərçəng olmayan ümumi 4 min 77 nəfər üzərində aparılıb. Və nəticələrə görə, qan testləri ilə 50-dən çox xərçəng növünü erkən aşkarlamaq mümkün olacaq.