Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

50 yaşdan sonra qorxulu yuxular…- Bu xəstəlikdən ola bilər

  • 2025.07.31 20:54
  • 269 Baxış
50 yaşdan sonra qorxulu yuxular… -  Bu xəstəlikdən ola bilər


Əgər 50 yaşdan yuxarısınızsa və tez-tez kabuslar görərək yuxudan səksənərək oyanırsınızsa, bu, sadəcə stress və yorğunluq deyil, beyninizin sizə xəbərdarlığı da ola bilər.

“Medicina” xəbər verir ki, kabuslarla müşayiət olunan yuxular təkcə uşaqlıq xatirələri və ya stressin nəticəsi deyil. Alimlər bu halın demensiyanın ilkin əlamətlərindən biri ola biləcəyini bildirir.

Birmingem Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda müəyyən olunub ki, həftədə bir dəfə qorxulu yuxular görən insanlarda demensiya riski 2 dəfə yüksəkdir.

Nə baş verir?

Tədqiqatçılar qeyd edir ki, əgər bir insan 50 yaşdan sonra mütəmadi olaraq kabuslar görürsə, bu artıq beyin funksiyalarının pozulması və idrakın zəifləməsi ilə bağlı ola bilər. Parkinson xəstələrində bu halın daha tez-tez müşahidə olunması da bu əlaqəni gücləndirir.

Alimlərin fikrincə, bu nəticələr təsdiqlənərsə, gələcəkdə demensiyanın erkən diaqnozu və qarşısının alınması üçün yeni yanaşmalar ortaya çıxa bilər.

Statistika nə deyir?

Araşdırmalara görə, böyüklərin təxminən 5 faizi həftədə azı bir dəfə qorxulu yuxular səbəbilə oyanır. Bu hallar təkcə psixoloji gərginliklə bağlı olmaya bilər – bu, neyroloji bir pozğunluğun ilkin siqnalı da ola bilər.

Nə etməli?

Əgər siz və ya yaxınlarınız belə yuxularla tez-tez qarşılaşırsınızsa, bunu görməməzlikdən gəlmək olmaz. Nevroloqa müraciət etmək vaxtında müdaxilə üçün çox vacibdir. Çünki demensiyanın erkən aşkarlanması onun gedişatını yavaşlatmaq üçün böyük üstünlük yaradır.


Aygün Musayeva