50 yaşdan sonra süd məhsullarından imtina edin

  • 2024.05.29 18:47
  • 792 Baxış
50 yaşdan sonra süd məhsullarından    imtina edin

Süd və süd məhsulları heç də hər zaman faydalı olmur.


“Medicina” xəbər verir ki, nutrisoloq Katerina Kuzina 50 yaşdan sonra südün zərərlərindən danışıb.


“Xroniki xəstəliklər, iltihab, ürək-damar, yaşla bağlı laktoza dözümsüzlüyü olan insanlar 50 yaşdan sonra süddən imtina etsə daha faydalıdır.


Əgər ciddi xəstəliyi yoxdursa, yaşlı insana çox az miqdarda süd məhsulu olar.

Yaşlandıqca orqanizm laktozanı həzm edə bilmir. Bu isə süd məhsulundan sonra qarında köp, meteorizm, həzm pozuntusu, dəridə problemlər yarada bilər.


Bir çox elmi araşdırmalar sübut edib ki, 45 yaşdan sonra süd və süd məhsulu osteoartrit, bəzi xərçəng növlərinin yaranmasını tətikləyir.
Bəs inək südü əvəzinə nə içmək olar: keçi südü, bitkilərdən südlər, badam südü və s. Onlar da kalsium və vitaminlərlə zəngindir, asan sovrulur.

İnsan kalsium və qida maddələrini alternativ mənbələrdən əldə edə bilər.
Orqanizmin fərdi imkanları nəzərə alınmaqla rasion hazırlanmalıdır”.


Aygün