Türkiyəli həkimlər Azərbaycana gəlmək üçün müraciət edib

  • 2020.10.30 16:55
  • 2901 Baxış
Türkiyəli həkimlər Azərbaycana gəlmək üçün müraciət edib

Yüzlərlə türkiyəli həkim işğal altındakı Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlarda yaralanmış əsgərlərə kömək etmək üçün Azərbaycana gəlməyə hazırdır.

“Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türk Həkimləri Dərnəyi məlumat yayıb. Bildirilib ki, artıq bununla bağlı 504 həkim Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edib.

Qeyd olunub ki, həkimlərin məlumatlarının toplandığı anketlər Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayevaya təqdim edilib.