Astara sakini ağacdan yıxılaraq ölüb.
Medicina.az xəbər verir ki, hadisə rayonun Ovala kəndində baş verib.
Ağkörpü kənd sakini 1970-ci il təvəllüdlü Surxay Abdullayev ağac budamaq üçün qonşu Ovala kəndinə gedib. Ağacda budama işləri görərkən oradan yıxılıb. S.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.