6 ayın gəlini intihar etdi

  • 2022.02.21 11:49
  • 1923 Baxış
6 ayın gəlini intihar etdi

Ağdamda 26 yaşlı qadın özünü asaraq intihar edib.

Medicina.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Kamallı Sücayət Valeh qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Məlumata görə, 26 yaşlı qadının toyu cəmi altı ay əvvəl olubmuş.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb.