6 hakim koronavirusa yoluxdu - Türkiyədə

  • 2020.09.19 14:05
  • 2686 Baxış
6 hakim koronavirusa yoluxdu  - Türkiyədə

Türkiyədə daha 6 futbol hakiminin koronavirus testi müsbət çıxıb.

Onlardan 4-ü əsas, 2-si isə yan xətt referiləridir.

Aşağı liqalarda idarəçilik edən hakimlərdə xəstəliyin sipmtomları müşahidə olunmasa da, hər biri karantinə alınıb. Onlar 14 gün müddətinə təcrid olunublar.

Qeyd edək ki, daha əvvəl Türkiyədə 2 hakim koronavirusa yoluxmuşdu.