6 saat aclıq və tıxacda qalmaq miqreni aktivləşdirir

  • 2023.05.04 16:23
  • 1256 Baxış
6 saat aclıq və tıxacda qalmaq  miqreni aktivləşdirir

Yazın gəlişi ilə miqren xəstələrinin acı günləri başlayır. Miqreni tətikləyən səbəblər hər gün yolunuzda ola bilər.


"Medicina" xəbər verir ki, nevroloq Ramil Nəsibullin məlumatına görə, miqrenli xəstə yediyi yemək, getdiyi yer və içdiyi suya belə diqqətli olmalıdır.

“Uzun tıxaclar, 6 saata yaxın ac qalmaq, az yuxu, stress, vizual stress səbəb ola bilər.

Əgər miqren həftədə 1 dəfə tutarsa, nevroloqa mütləq baş çəkin”.

Hal-hazırda miqrenin dərmansız müalicəsinin bir neçə yolu var. Söhbət fiziki müalicədən, düzgün qidalanmadan, psixoterapiyadan gedir.


Aygün Musayeva