60 yaşdan sonra qoz yeməyə başlayın

  • 2022.10.28 14:50
  • 1877 Baxış
60 yaşdan sonra qoz yeməyə başlayın

Yaşlı insanlar gündə 30 qram qoz yeməlidir.

"Medicina" xəbər verir ki, dietoloq Yelena Solomatina yaşlılara qozun vacibliyini açıqlayıb.

"Qoz hipertoniyanın profilaktikası, təzyiqin aşağı salınması üçün təsirlidir.

Qozda olan kaliy və maqniy ürəyin işini yaxşılaşdırır, damarları rahatlaşdırır, bədəndən artıq suları çıxarır.
Onda yod var, bu isə qalxanvari vəzin normal fəaiyyəti üçün vacibdir.

Qadınlarda bu vəz getdikcə tənbəlləşir, hormonal pozulma əmələ gəlir.

Yaş artdıqca apatiya, həyata marağın ölməsi, depressiya başlayır. Qoz yemək bu problemlərə qarşıdır. Çünki onda B qrup vitaminləri var, bu da sinir sistemi üçün vacibdir.
Qoz həm də təbii zülal mənbəyidir, ətdən daha yüngüldür.

Qoz Omeqa 3lə zəngindir, beyin və damarlar üçün vacibdir.
O pis xolesterini azaldır, damarların aterosklerozunun qarşısını alır.

Ona görə yaşlılar atışdırma kimi 30-40 qram qoz yesələr daha faydalıdır".

Aygün Musayeva


60 yaşdan sonra qoz yeməyə başlayın