Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

60 yaşlılar qışda bu 2 qidanı yeməlidir

  • 2023.10.04 15:14
  • 3246 Baxış
60 yaşlılar qışda bu 2 qidanı yeməlidir
60 yaşdan yuxarı insanların rasionunda mütləq itburnu və balqabaq olmalıdır.


“Medicina” xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux nəyə görə bu ikilinin seçildiyini açıqlayıb.

“İtburnu giləmeyvələri flavanoid və C vitamini ilə zəngindir. Bu maddələr iltihabla mübarizə aparır.

Bir stəkan itburnu dəmləməsi sutkalıq C vitamini dozasını verir, bu vitamin antioksidant təsir edir, hüceyrələri sərbəst radikallardan təmizləyir.

Digər ərzaq balqabaqdır. O, isə yaşlaşan orqanizm və gözləri A vitamini ilə təmin edir.

Balqabaq kaliy və maqniylə zəngindir, o bədəndən ödemi çəkir və ürəyin işini yaxşılaşdırır. Onda da çox miqdarda fitosterollar – bitki maddələr var. Balqabaq damarları xolesterindən təmizləyir.

Yaşlılarda çox hallarda dəmir defisitli anemiya olur. Bu zaman beyin və daxili orqanlar oksigen aclığı yaşayır, nəticədə yaşlılar əzginlik, yorğunluq hiss edir.

Buna qarşı dəmirlə zəngin mal əti, subərzaqlar, hind quşu əti, qaraciyər yeyilməlidir”.

Aygün Musayeva