65 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası bitdi - AZƏRBAYCANDA

  • 2020.05.15 16:10
  • 2119 Baxış
65 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası bitdi   -   AZƏRBAYCANDA

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür.

Medicina.az xəbər verir ki, bu qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək.

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.