7 il Parkinson xəstəliyi ilə yaşayan pasiyentin mübarizə hekayəsi - VİDEO
7 il Parkinson xəstəliyi ilə yaşayan pasiyentin mübarizə hekayəsi - VİDEO
2026.06.29 13:23
131 Baxış
Parkinson xəstəliyi zaman keçdikcə yalnız hərəkət qabiliyyətini deyil, insanın bütün həyat tərzini dəyişdirə bilən xroniki və proqressivləşən nevroloji xəstəlikdir.
Medicina.az xəbər verir ki, ilk mərhələlərdə əllərdə əsmə və hərəkətlərin ləngiməsi kimi əlamətlərlə özünü göstərən xəstəlik illər ərzində gündəlik həyatın ən sadə fəaliyyətlərini belə çətinləşdirə bilər.
Videoda təqdim olunan pasiyentin hekayəsi Parkinson xəstəliyinin zamanla necə inkişaf etdiyini və fərdi yanaşmanın nə qədər vacib olduğunu göstərən real klinik nümunələrdən biridir.
Pasiyent 7 il Parkinson xəstəliyindən əziyyət çəkirdi. Xəstəlik irəlilədikcə qəbul etdiyi dərmanların sayı artırılmış və gün ərzində 12 dəfə Parkinson əleyhinə preparat qəbul etməyə başlamışdı. Bununla belə, artıq dərmanlar əvvəlki illərdə olduğu kimi eyni effektivliyi göstərmirdi və yüksək dozalar əlavə problemlərin yaranmasına səbəb olmuşdu.
Ən çox narahatlıq yaradan məqamlardan biri dərmanların yüksək dozası nəticəsində yaranan diskineziyalar – yəni qeyri-iradi hərəkətlər idi. Bu vəziyyət həm fiziki rahatlığı azaldır, həm də gündəlik fəaliyyətləri daha da çətinləşdirirdi.
Gündəlik həyat getdikcə məhdudlaşırdı
Pasiyentin şikayətləri təkcə hərəkət sistemi ilə məhdudlaşmırdı. Yerimək çətinləşmiş, sərbəst hərəkət etmək demək olar ki, mümkün olmurdu.
Nitqində yaranan pozulmalar ünsiyyəti çətinləşdirir, udma problemləri isə qidalanmasına mənfi təsir göstərirdi. Gecələr rahat yata bilməməsi də ümumi vəziyyətini daha da ağırlaşdırırdı.
Bu simptomlar Parkinson xəstəliyinin yalnız əsmə və ya hərəkət ləngiməsindən ibarət olmadığını, bütövlükdə həyat keyfiyyətinə təsir edən kompleks bir xəstəlik olduğunu göstərirdi.
İnteqrativ tibbin Parkinson xəstəliyinin müalicəsinə yanaşması nə ilə fərqlənir?
Pasiyentin vəziyyəti qiymətləndirilərkən yalnız mövcud simptomlar deyil, onların yaranmasına təsir edən amillər də nəzərə alındı. Məqsəd sadəcə şikayətləri azaltmaq deyil, pasiyentin funksional imkanlarını qorumaq və gündəlik həyatını mümkün qədər rahatlaşdırmaq idi. Bunun üçün ona fərdi və kompleks yanaşmaya əsaslanan tənzimləyici terapiya proqramı tətbiq olundu.
Bu cür yanaşmada hər bir pasiyentin xəstəliyinin gedişi, qəbul etdiyi dərmanlar, ümumi sağlamlıq vəziyyəti və həyat keyfiyyəti ayrıca qiymətləndirilir. Çünki Parkinson xəstəliyi hər insanda eyni şəkildə inkişaf etmir.
Müşahidə olunan nəticələr
Aparılan terapiyalardan sonra pasiyentin vəziyyətində stabilləşmə müşahidə olundu- özünü idarə etmə qabiliyyəti yaxşılaşdı və əvvəl çətinliklə gördüyü işləri daha rahat davam etdirə bildi. Videoda da bu dəyişikliklər aydın şəkildə müşahidə olunur.
Əlbəttə, Parkinson xəstəliyi tam sağalan xəstəlik deyil. Lakin düzgün seçilmiş müalicə strategiyası və davamlı tibbi nəzarət bir çox pasiyentdə həyat keyfiyyətinin qorunmasına və xəstəliyin yaratdığı məhdudiyyətlərin daha effektiv idarə olunmasına kömək edə bilər.
Dr. Aygün Məmmədova
Nevroloq, osteopat
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89