7 illik həsrətdən sonra qadın üçəm dünyaya gətirdi - VİDEO

  • 2017.09.21 10:11
  • 10083 Baxış
7 illik həsrətdən sonra qadın üçəm dünyaya gətirdi -  VİDEO
Bakıda 7 ildir ana ola bilməyən qadın üçəm dünyaya gətirib.


Medicina.az xəbər verir ki, 27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də ona bu sevinci ali dərəcəli mama-ginekoloq Səbinə Mirzəyeva yaşadıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib.


Əzizə Haqverdiyeva hisslərini Space Tv-də yayımlanan "Hər gün” informasiya proqramı ilə bölüşüb: "Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”.