Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

7 min illik möcüzə: evdə hazırlaya biləcəyiniz ən sağlam içki

  • 2024.06.05 15:40
  • 1795 Baxış
7 min illik möcüzə: evdə hazırlaya biləcəyiniz  ən sağlam içki
Sirkə orqanizmdə bakteriya və virusları məhv edən ən təbii içkilərdən biridir.

Medicina.az xəbər verir ki, türkiyəli Prof. Dr. Canan Karatayın sözlərinə görə, sirkə 7 min ildir istifadə edilən təbii dərmandır.

O, ev sirkəsinin ən sağlam içki olduğunu diqqətə çatdırıb.

“Xahiş edirəm bundan istifadə edin”, deyən professor sirkəni mütləq evdə hazırlamağı məsləhət görüb.

C.Karatay qeyd edib ki, bazar və marketlərdə satılan sirkə isə məişət təmizliyi üçün istifadə edilə bilər.

“Ev sirkəsi özünüz hazırladığınız zaman ən sağlam içkidir. Hər cür paraziti öldürür, toksinləri çıxarır, orqanizmi təmizləyir”, - deyə professor vurğulayıb.

O, təbii sirkəni səhər saatlarında içməyi və ya salatlara əlavə etməyi məsləhət görüb.

Professorun sözlərinə görə, evdə hazırlanmış sirkəni 2 ay mühafizə etmək olar.

“Evdə alma sirkəsi hazırlamaq üçün sizə alma, içməli su, təbii fermentləşdirilmiş alma sirkəsi, şüşə qab və tülbənd lazımdır. Almalar yuyulduqdan sonra doğrayıb bankaya qoyun və onların üzərini örtəcək qədər içməli su əlavə edin. Sonra 1 stəkan fermentləşdirilmiş alma sirkəsini də buraya qatın. Qarışdırdıqdan sonra üzərini tülbənd ilə örtüb qaranlıq yerdə saxlayın”, - deyə C. Karatay bildirib.


Aysel